Bakıda tikilən 10 milyonluq məsciddən yeni- - Fotolar

bakida-tikilen-10-milyonluq-mescidden-yeni-
Oxunma sayı: 7068


“Qafqazinfo” salamnews-a istinadən xəbər verir ki, məscid kompleksində artıq fəvvarə fontanı ilkin sınaqdan keçirilir, kompleksin həyətinə beton tökülür.

Qeyd edək ki, bu məscid kompleksinin tikintisi üçün prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb.

Yeni məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edəcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Dörd minarəli ibadət evinin ölkədə ən hündür məscid statusu alacağı bildirilir.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salon isə təqribən 350 kvadratmetr olacaq. Tikilinin zirzəmisi həm də avtomobil dayanacağı kimi istifadə ediləcək.