2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə əsas kapitala 11301,8 milyon manat, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilib.
Bakı şəhər Statistika İdarəsindən “Qafqazinfo”ya verilən statistik hesabata görə, əsas kapitala yönəldilmiş vəsaitin 8051,8 milyon manatı və ya 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.