Bakıda toplaşacaqlar

bakida-toplasacaqlar
Oxunma sayı: 655

Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hər iki tədbir İƏT ölkələri arasında əməkdaşlıq üçün dayanıqlı platformanın inkişaf etdirilməsi, mütərəqqi ideya və innovasiyaların təqdimat və mübadiləsi, habelə ölkəmizdə əmək bazarının inkişafı, işsizlik səviyyəsinin azaldılması və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin təbliği məqsədinə xidmət edir.

Qeyd edək ki, 10 sentyabr 2011-ci il tarixində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzv dövlətlərinin əmək nazirlərinin Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş ilk görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti konfransın Azərbaycanda keçirilməsi barədə təşəbbüs irəli sürülmüşdür. Təşəbbüs yekdilliklə dəstəklənmiş və qeyd olunan tədbirlərin Bakıda keçirilməsi ilə bağlı İƏT Katibliyi ilə nazirlik arasında razılıq əldə olunub.

Hər iki tədbir İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir.