Bakıda toz-dumanın miqdarı artıb?

bakida-toz-dumanin-miqdari-artib
Oxunma sayı: 648

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti toz-dumanı ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.