Bakıda tullantıların idarə olunması ilə bağlı sərgi keçirilib

bakida-tullantilarin-idare-olunmasi-ile-bagli-sergi-kecirilib
Oxunma sayı: 1254

Mayın 18-də “Tullantıların idarə olunmasında gənc nəslin rolu” mövzusunda Nizami rayonu Xalid Quliyev adına 62 saylı məktəb liseydə təşkil olunan sərgiyə baxış keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları məktəblilərin tullantılardan hazırladıqları, ətraf mühitin mühafizəsinə töhvə verə biləcək əl işləri ilə tanış olublar. Sərgidə məktəblilər asudə vaxtlarından səmərəli istifadə edərək ətraf mühiti çirklənməyə məruz qoyan tullantılardan, plastik qablardan, şinlərdən düzəltdikləri gül kompozisiyalarını nümayiş etdirib, digər məktəblərin də bu təşəbbüsə qoşulmalarına örnək göstəriblər.

Nazirliyin əməkdaşları şagirdlərin ətraf mühitin tullantılardan qorunması yolunda irəli sürdükləri bu təşəbbüsü dəstəkləyib və onların ekoloji biliklərinin artırılması üçün məktəbdə keçirilən görüşdə tullantıların idarə olunması istiqamətində tövsiyələrini verib, ekoloji mövzuda fikir mübadiləsi aparılıb.