Bakıda türk iş adamının evi qarət edildi - 110 min dollar aparıldı

Bakıda türk iş adamının evi qarət edildi
Oxunma sayı: 3262

Bakıda türkiyəli iş adamının evi qarət edilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
 
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi