Bakıda tutulan PKK-çıların kimlərlə əlaqəsi var?- - Video

bakida-tutulan-pkk-cilarin-kimlerle-elaqesi-var-
Oxunma sayı: 2257


“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, Qaraçuxur məscidinə “Molotov kokteyli” atan bu insanları ölkədəki kürd icmasında da kifayət qədər yaxından tanıyırlar.

Bir neçə gün əvvəl gecə saatlarında Qaraçuxur məscidinin içərisində baş verən səs-küy indi bütün ölkəni bürüyüb. Məscid isə hadisələrdən əvvəl olduğu kimi adi günlərindən birini yaşayır.

Arxa qapıdan birbaşa məscidin içərisinə atılan “Molotov kokteyli” ərazidə güclü yanğın törətsə də, bu fəsadlar qısa bir zamanda aradan qaldırıldı. Və indi demək olar ki, məscid tam fəaliyyətini davam etdirir.

Bəs saxlanılan Namiq Nəsibov və Elnur Ələkbərovun kimlərlə əlaqəsi var? Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozma, odlu silah əldə etmə maddələri ilə cinayət işinin başlanması bu suala cavab tapmaqda yardımçı olacaq.