Bakıda üç ev yandı

bakida-uc-ev-yandi
Oxunma sayı: 647

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyalardan ibarət çayxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00.06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Sabunçu rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli üçotaqlı evin mətbəxində 5 kv.m sahədə ev əşyaları və tavan 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00.07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sonuncu yanğın hadisəsi Suraxanı rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli altıotaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00.37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.