Bakıda uşaq bağçasının seyfindən oğurluq olub

Bakıda uşaq bağçasının seyfindən oğurluq olub
Oxunma sayı: 480

Noyabrın 2-də saat 3 radələrində Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən seyfdən açar seçmək yolu ilə 1750 manat oğurlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Ceyhun Abdinov bağçanın yaxınlığındakı küçələrdən birində saxlanılıb.

Ondan “drel”, üzərinə baxış zamanı isə 1726 manat pul və 8 ədəd seyf açarı aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs törətdiyi əməli, həmçinin götürdüyü puldan bir hissəsini kontura və digər şəxsi ehtiyacına xərclədiyini etiraf edib.   

Faktla bağlı cinayət işi başlanılıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi