Bakıda uşaqlarını satan valideynlər tutuldu

bakida-usaqlarini-satan-valideynler-tutuldu
Oxunma sayı: 642

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlmata görə, dünən günorta saatlarında Bakıda insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində əməliyyat həyata keçirilib. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Sabunçu rayonu ərazisində, Bakıxanov dəmir yolu stansiyasının həyətindəki kafedə 3-4 aylıq qız uşağının satılmasının qarşısını alıb.


Məlumata görə, paytaxt sakinləri 1978-ci il təvəllüdlü G.R. və onun qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı, 1991-ci il təvəllüdlü S.R. bir neçə ay əvvəl doğulmuş körpə qız uşağını 2 min manat qarşılığında satarkən yaxalanıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.