Bakıda “VAZ”la “Shacman” toqquşub

bakida-vazla-shacman-toqqusub
Oxunma sayı: 937

Bakının Binəqədi rayonunda “VAZ” markalı minik və “Shacman” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini minik avtomobilindən çıxarıblar.

Əməliyyat başa çatıb.