Bakıda və Sumqayıtda ev yanıb

bakida-ve-sumqayitda-ev-yanib
Oxunma sayı: 642


“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kvm 2 otaqlı evin və digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları (ümumi 75 kv.m sahədə) yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan 1 mərtəbəli, mansard tipli, kürsülü 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.