Bakıda vərəm və ağciyər xəstəliklərinə dair beynəlxalq konfrans keçirilir

bakida-verem-ve-agciyer-xesteliklerine-dair-beynelxalq-konfrans-kecirilir
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, konfransda Səhiyyə Nazirliyinin, Vərəm və Malyariya Əleyhinə Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, Türkiyə, Gürcüstan, Rusiya və Ukraynadan vərəm üzrə mütəxəssislər iştirak edirlər.

Konfransın açılışında çıxış edən Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov bildirib ki, 2010-cu ilin nəticələrinə əsasən, Azərbaycanda 5000-ə qədər vərəm xəstəsi aşkar edilib. Son illər Azərbaycanda ilkin vərəm xəstələri arasında aşkarlanma əvvəlki illərə nisbətən 56,2 faiz artıb, həmçinin müalicələrdə 62 faiz uğur əldə edilib: “Artıq lkədə 2-ci dərəcəli regional laboratoriyalar şəbəkəsinin yaradılmasına başlanılıb. Naxçıvan MR-da belə laboratoriya fəaliyyət göstərir, Quba, Masallı, Zaqatalada bakterioloji laboratoriyanın tikilməsi işləri başa çatıb, Gəncədə isə laboratoriyanın tikintisinə başlanılıb”.

İnstitut direktoru onu da deyib, hazırda Azərbaycanda müalicəyə qoşulan vərəmli xəstələrin sayı 791 nəfərdir.

Nigar Məmmədli