Bakıda vurulan piyada süpürgəçi deyilmiş - Yenilənib

Bakıda vurulan piyada süpürgəçi deyilmiş
Oxunma sayı: 5727

Paytaxtda yol təmizləyən qadını avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, 15:00 radələrində Atatürk prospektində şəxsiyyəti hələlik məlum olmayan süpürgəçi qadını avtomobil vurub.

***

Qəza ilə bağlı təfərrüatlar məlum olub. Əldə etdiyimiz məlumata görə, həmin şəxs süpürgəçi deyil, səyyar ədviyyat və turşu satışı ilə məşğul olan Ağsu rayon sakini, 1936-cı il təvəllüdlü Abdullayeva Fərqiyə Məhəmməd qızı olub.

Nərimanov Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, o, yol keçərkən ehtiyatsızlıq edib və “İnfiniti” markalı avtomobil tərəfindən vurulub.

Xəstəxanaya yerləşdirilən F.Abdullayeva ambulator müalicədən sonra evə buraxılıb. Vəziyyəti qənaətbəxşdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi