Bakıda “World Harmony” adlı Beynəlxalq Müsabiqə başlayır

bakida-world-harmony-adli-beynelxalq-musabiqe-baslayir
Oxunma sayı: 2599

Dekabrın 16-da saat 10:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş "World Harmony" adlı I Beynəlxalq Müsabiqənin açılış mərasimi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyindən nümayəndə heyəti, ölkənin tanınmış musiqiçiləri, ziyalılar iştrak edəcəklər.   

Müsabiqənin münsiflər heyətinə xalq artisti Fidan Hacıyeva, əməkdar artist Əziz Qarayusifli, professor, əməkdar müəllim Nəzakət Rimazi, professor, əməkdar müəllim Hökümə Əliyeva, əməkdar artist, AMK-nın dosenti Elşən Mansurov, professor Tsino Bicikaşvili, professor Tamar Sarvazaşvili, əməkdar müəllim Ümid İbrahimov daxildir.

Müsabiqəyə ümumilikdə 275 ifaçı qatılıb. Fortepiano ixtisası üzrə 32, vokal şöbəsi üzrə 28, orkestr alətləri şöbəsi üzrə 30, xalq çalğı alətləri şöbəsi üzrə 29 ifaçı çıxış edəcək. Digər ifaçılar fortepiano ansamblı, xalq çalğı alətləri ansamblı ,skripka ansamblı, rəqs və xor  kollektivinə  daxildir.                         

Müsabiqənin bağlanışı, iştrakçıların mükafatlandırılması və qala konsert dekabrın 19-da saat 12:00-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Qeyd edək ki, müsabiqə çərçivəsində dekabrın 18-də saat 15:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gürcüstandan dəvət olunmuş Tbilisi Dövlət Konservatoriyasının vokal müəllimi, professor Tamar Sarvazişvilinin ustad dərsləri keçiriləcək.