Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurlayıb

bakida-xadime-islediyi-evden-40-min-manatliq-qizil-ogurlayib
Oxunma sayı: 1307

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Araşdırma aparılır.