Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

bakida-xarici-qonaqlara-xususi-taksiler-xidmet-gosterecek
Oxunma sayı: 1484

Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, eləcə də ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə yaxın gələcəkdə “Airporttaxi” fəaliyyətə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Aznews.az-a verilən məlumata görə, hazırda konsepsiyası hazırlanan bu xidmət Bakının cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsi, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasına dəstək üçün yaradılacaq.

Paytaxtımız üçün yenilik olacaq bu xidmət çərçivəsində hava limanında xidmət edəcək taksilərə və onların sürücülərinə dair xüsusi tələblər də müəyyən edilib.

Hazırda bu istiqamətdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər aparılır.