Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayıb - Yenilənib

bakida-xv-avropa-gencler-yay-olimpiya-festivali-baslayib
Oxunma sayı: 4215

Bu gündən Azərbaycanda XV Avropa Gənclər Olimpiya Festivalı başlayır.

“Qafqazinfo”nun məlumatına görə, oyunlar saat 09:00-da start götürüb.

Yarışların ilk günü iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub.

İlk yarış Bakı Tennis Akademiyasında gerçəkləşəcək. Burada dörd idmançımız – iki oğlan və iki qiz tennisçimiz mübarizəyə qoşulacaq.

Tennis (fərdi oyunlar)

09:00 – 17:00

Alina Hüseynova, Polina Drobişova, Kənan Qasımov, Tamerlan Əzizov.
Güləş üzrə də dörd idmançı ilə mübarizəyə start veriləcək. Heydər Əliyev adına İdman Sarayında iki sərbəst və iki yunan-Roma güləşi üzrə idmançımız ilk qızıl medalı qazanmağa çalışacaq.

Güləş (ilkin mərhələ)

10:30 – 13:30

Sərbəst güləş: Murad Haqverdiyev (-45 kq), Əbülfəz Nəsirov (-55 kq);

Yunan-Roma güləşi: Fərid Sadıxlı (-45 kq), Nihat Məmmədli (-55 kq)

Güləş (Final mərhələsi)

16:00 – 17:30

Beləliklə, ilk gündə dörd medal dəstinin (dörd qızıl, dörd gümüş və səkkiz bürünc) sahibinə aydınlıq gələcək.

Qeyd edək ki, iyulun 21-27-də baş tutacaq XV Avropa Gənclər Olimpiya Festivalı 12 idman obyektində keçirilir.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edir. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edir.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayırlar.

***

Festivalın tennis yarışları start götürüb. Yarışda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparırlar.

Azərbaycanı Kənan Qasımov, Tamerlan Əzizov, Alina Hüseynova və Polina Drobışeva təmsil edirlər.

“Bakı 2019”da 2004-cü il yanvarın 1-dən 2005-ci il dekabrın 31-dək doğulmuş tennisçilər iştirak edirlər.

***

Fərdi yarışlarda Belçika idmançısı Hanne Vandevınkel israilli Maya Bazalel, sloveniyalı Petja Drame Böyük Britaniyalı Andrea Pineda, türkiyəli Melisa Senli kosovalı Vesa Gjinaj, Bidny Yehonathan (İsrail) Barton Hynek (Çex Respublikası), Maria Şolokova (Rusiya) Suana Tucakoviç (Bosniya və Hersoqovina) ilə qarşılaşır.

***

Azərbaycanın iki idmançısı iyulun 21-də Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında mübarizəyə qoşulacaq.

Fərdi yarışlarda qızların mübarizəsində Polina Drobişeva slovakiyalı Salma Druqdova ilə qarşılaşacaq.

Tamerlan Əzizov isə fərdi yarışda italiyalı Daniele Miniginini sınağa çəkəcək.

Püşkatmaya görə, digər təmsilçilərimiz Kənan Qasımov belçikalı Alessio Basile, Alina Hüseynova belçikalı Jülyet Bovi ilə qarşılaşacaq.