Bakıda yanacaq daşıyan maşın qorxulu anlar yaşatdı - Video

Bakıda yanacaq daşıyan maşın qorxulu anlar yaşatdı
Oxunma sayı: 1964

Bakıda yanacaq daşıyan maşın yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

“Qafqazinfo”nun “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, görüntüləri hadisənin şahidi olan sürücülərdən biri lentə alıb və sosial şəbəkələlərdə yayılan video geniş müzakirəyə səbəb olub.

Görüntülərdə sürücünün uzunluğu 10 metrdən çox olan, “30-ZA-114”dövlət nömrə nişanlı yük avtomobilini minik maşını kimi idarə etdiyi, gah sağa, gah da sola manevr edərək digər hərəkət iştrakçıları üçün təhlükə yaratdığı görünür.

Qaydalara görə, bu cür təhlükəli maye daşıyan avtomobilin sürücüləri yolun sağ zolağı ilə və onlar üçün nəzərdə tutulmuş sürətlə hərəkət etməlidir. Halbuki sürücü qaydalara əməl etməyərək real təhlükə yaradıb.

Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da sürücünün kobud qayda pozduğunu deyib.

Yolda avtomobillərin çox olması və təhlükəli maddə daşınması ehtimalının da olması məsələni daha da ciddiləşdirib. Bir neçə qaydanı eyni vaxtda pozan sürücü etdiyi qanunsuzluğu yol boyu davam etdirib.

Ə. Hüseynov sürücünü yükdaşıma qaydalarını pozduğuna görə də əlavə olaraq 100 manat cərimə gözlədiyini deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi