Bakıda yandırılmış məscidlə bağlı cinayət işi açıldı

bakida-yandirilmis-mescidle-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 824


“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğu məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsində İstintaq şöbəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, noyabrın 26-da saat 02:38-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə Qaraçuxur qəsəbəsindəki məsciddə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğın nəticəsində ümumi ərazisi 300 kv.m olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb. Hadisə yerinə 3 yanğınsöndürən briqada cəlb olunub və yanğın qısa vaxt ərzində söndürülüb.