Bakıda yanğın - 5 nəfər zəhərləndi, 2-si polisdir

bakida-yangin
Oxunma sayı: 1533

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən binanın girişindəki mağazada yanğın olub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı və 3 azyaşlı tüstüdən zəhərlənib. 

Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.