Bakıda yanğın oldu - 1 nəfər yaralandı

bakida-yangin-oldu
Oxunma sayı: 657

Bakıda yanğın baş verib. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 20 m2 olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisindəki əşyalar yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.