Bakıda yanğına görə bağlanan yolda hərəkət qismən bərpa olunub

bakida-yangina-gore-baglanan-yolda-hereket-qismen-berpa-olunub
Oxunma sayı: 1800

Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yolun bir hissəsində hərəkət məhdudlaşdırılmışdı.