Bakıda yaşayış binası yandı, 8 nəfər təxliyyə edildi

bakida-yasayis-binasi-yandi-8-nefer-texliyye-edildi
Oxunma sayı: 1478

Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. 

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
 
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.