Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edilib

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 1811

Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəx və hamam otağı yanıb.

Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.