Bakıda yaşayış binasında yanğın - Video

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 3716

Paytaxtın Nəsimi rayonunda, İmam Əli məscidinin yaxınlığında hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Qafqazinfo"nun məlumatın görə, yanğın yuxarı mərtəbələrdən birində balkonda çıxıb.

Yanğınsöndürənlər hadisə yerinə gələnə kimi, yanğın qonşuların köməkliyi ilə söndürülüb və alovun digər mərtəbələrə yayılmasının qarşısı alınıb.