Bakıda yaxın iki gündə hava şəraiti nisbətən mülayimləşəcək

bakida-yaxin-iki-gunde-hava-seraiti-nisbeten-mulayimlesecek
Oxunma sayı: 658

Temperatur ötən günlərlə müqayisədə 0-2 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında fevralın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında az qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.