Bakıda yeni hava limanı tikiləcək - - Foto

bakida-yeni-hava-limani-tikilecek-
Oxunma sayı: 2168


Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov gələcəkdə Bakı şəhərinin inkişaf planı haqqında danışarkən bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda bu layihə ilə bağlı danışıqlar aparılır: «Bu ərazidə beynəlxalq dəniz ticarət limanının inşası burada hava limanının da tikintisini zəruri edir. Ərazi coğrafi baxımdan olduqca əlverişli yerdədir. Burada beynəlxalq limanın inşası və tranzit yüklərin daşınması Ələt qəsəbəsinin logistik mərkəzə çevrilməsinə səbəb olacaq».

 Qeyd edək ki, Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi gedir. Artıq sahilə qədər uzunluğu 7,5 km, dərinliyi 7 metr olan kanal açılıb və quruda tikinti işləri davam etdirilir. Gələn il birinci tikiliş kompleksi - bərə terminalı bütün yol infrastrukturu ilə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaq.