Bakıda yeni tikilən binada yanğın

bakida-yeni-tikilen-binada-yangin
Oxunma sayı: 1499


“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda inşa olunan çoxmərtəbəli yaşayış binasının ərazisində 10 kv.m sahəyə yığılmış taxta materiallar və 1 ədəd lift mühərriki yanıb.

Ərazidə olan digər materiallar və tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.