Bakıda yeni yaşayış binasında yanğın baş verib

bakida-yeni-yasayis-binasinda-yangin-bas-verib
Oxunma sayı: 880


“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonunda "Qlobal" MTK inşaat şirkətinə məxsus 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 13-cü mərtəbəsindən 17-ci mərtəbəsinə qədər 20 ədəd elektrik sayğacı və 75 pm kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.