Bakıda yeraltı dayanacaqların sayı artacaq

bakida-yeralti-dayanacaqlarin-sayi-artacaq
Oxunma sayı: 643

Bu barədə bazar günü Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Artıq yeraltı və yerüstü dayanacaqların tikilməsi istiqamətində işlərə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Azadlıq" meydanında ikimərtəbəli yeraltı dayanacağın inşası aparılır.
Məlumata görə, şəhərin digər yerlərində də avtomobillərin parklanması üçün dayanacaqların tikintisi planlaşdırılır. Şəhərin görünüşünə xələl gətirməmək məqsədi ilə mərkəzi hissədə əsasən yeraltı, şəhərin girişlərində isə yeraltı və mümkün olan yerlərdə yerüstü dayanacaqların tikilməsi nəzərdə tutulur.