Bakıda yerləşən xəstəxanada yanğın olub

bakida-yerlesen-xestexanada-yangin-olub
Oxunma sayı: 2372

Axşam saat 20:00 radələrində Bakının Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın "Qafqazinfo"ya verdiyi məlumata görə, hadisə zamanı 14 kv.metr ərazi yanıb.

Yanğın saat 23:26 radələrində yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.