Bakıda yollar pullu ola bilər - Video

bakida-yollar-pullu-ola-biler-video
Oxunma sayı: 640

Təqribən son 10 ildə Bakı şəhərinin tıxac probleminin getdikcə genişlənməsi müvafiq strukturları və həmçinin bu işdə ixtisaslaşan qeyri hökumət təşkilatlarını konkret tədbirlər görməyə vadar edir. Bir çox mütəxəsisslər hesab edirlər ki mərkəzi yol və prospektlərdə tıxaca səbəb tikintinin sıxlıq əmsalının həcminin artmasıdır.

Başqa sözlə yaşayış məntəqələrində insan sayı 450 nəfər norma qəbul edilirsə Bakının mərkəzində hətta bu rəqəm 3000-ə qədər artır. Bunun da əsas səbəbi hündürmərtəbəli binaların tikilməsi və burda yaşayan əhalinin avtomobillərinin sayının getdikcə çoxalmasıdır.

Ancaq paytaxtın coğrafi mövqeyinin də tıxacların yaranmasında kifayət qədər rolu var.Məsələn əksər iri şəhərlərdə nəqliyyat infarstruktru ya 4 bucaq ya da dairə formasında yaradılır ki, yollar paralel və ya az kəsişən olsun. Müstəqil ekspert Nüsrət İbrahimov deyir ki, paytaxtın coğrafi mövqeyi üçbücaq olduğundan mütləqdir ki yeni alternativ yollar çəkilsin.

Ekspert Nüsrət İbrahimov;” Dənizin altı ilə Günəşliyə Əhmədliyə yol çəkmək olar”.

Bununla yanaşı ekspert, həddindən artıq yüklənmənin qarşısını almaqdan ötrü xarici ölkələrdə olduğu kimi pullu keçid təcrübəsinin tətbiq edilməsinin zəruriliyini qeyd edir.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov da bu vasitəylə yolların asfalt örtüyünün keyfiyyətli salınacağını düşünür.

BŞDYP-nin şöbə rəisi Vaqif Əsədov: ”Bunun çox faydası ola bilər tıxacları aradan qaldırmaq baxımından”.

Qeyd edək ki, avtomobil yollarının pullu istifadəsi təcrübəsi Londonda 2003-cü ildən tətbiq olunub və hazırda şəhərin mərkəzinə avtomobillə daxil olmaq 13 dollara,bizim pulla 10 manata başa gəlir.Nə deyək, gələcəkdə yolunuzun açıq olmasını istəyirsinizsə,əliniz cibinizdə olsun.