Bakıda “Youthvision 2018” mahnı müsabiqəsi keçirildi - Fotolar

bakida-youthvision-2018-mahni-musabiqesi-kecirildi
Oxunma sayı: 1764

Bakıda “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, müsabiqədə 23 ölkənin - Azərbaycan, ABŞ, Latviya, Xorvatiya, Rumıniya, Pakistan, Moldova, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Almaniya, Tacikistan, Qazaxıstan, Uqanda, Ukrayna, Belarus, Macarıstan, Qırğızıstan, Litva, Serbiya, İtaliya, İran, Rusiya və İsrailin təmsilçisi çıxış edib.

Birinci yeri 154 xalla Uqanda, ikinci yeri 144 xalla Moldova, üçüncü yeri isə 100 xalla Belarus və Serbiya təmsilçiləri tutublar.

Azərbaycan isə 56 xal toplayaraq 9-cu yerdə qərarlaşıb.