Bakıda yoxa çıxan 13 yaşlı məktəbli tapılıb - Yenilənib

bakida-yoxa-cixan-13-yasli-mektebli-tapilib
Oxunma sayı: 5425

Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, 4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.

O, dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb.

Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır. Onun üstündə mobil telefon olmayıb. 

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən bildiriblər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

***

Aydan Əliyeva paytaxtın "Malakan bağı" adlanan ərazisindən tapılaraq, aidiyyəti üzrə təhvil verilib.