Bakıda yük avtomobili yanıb

bakida-yuk-avtomobili-yanib
Oxunma sayı: 644

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus "Chery" markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və ətrafında 80 m2 sahədə quru ot yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.