Bakıda yük avtomobili yanıb

bakida-yuk-avtomobili-yanib
Oxunma sayı: 719

Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Nərimanov rayonunda yük avtomobilinin idarəetmə lövhəsi yanıb, salonunun üzlük hissəsi qismən qarsalanıb.
 
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.