Bakıda yük maşını aşdı - Video

bakida-yuk-masini-asdi
Oxunma sayı: 1976

Binəqədi-Mehdiabad yolunda qəza baş verib.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, sürətlə hərəkət edən yük maşını idarəetməni itirib.

Yük dolu nəqliyyat vasitəsi qəfil manevr edib və tarazlığını itirdiyi üçün aşıb. Taxta yüklənmiş iritonnajlı maşın aşaraq yolun bir hissəsini bağlayıb. Yük maşının üzərində olan taxta materiallar ətrafa dağılıb.

Hadisənin görüntülərini təqdim edirik: