Bakıda yük maşını avtobusa çırpıldı- - Video

bakida-yuk-masini-avtobusa-cirpildi-
Oxunma sayı: 1776

 Bu gün Binəqədi rayonu ərazisində ağır tonnajlı yük maşını “Xaliq Faiqoğlu” şirkətinə məxsus135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yüklə dolu “Shacman” markalı 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını Biləcəri dairəsində “Daewoo” markalı 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb. Qəza nəticəsində şirkətə böyük miqdarda maddi ziyan dəyib. Bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.