Bakıda yük maşını avtobusla toqquşdu - Xəsarət alan var

bakida-yuk-masini-avtobusla-toqqusdu
Oxunma sayı: 1169

Bakıda yol qəzası baş verib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasında paytaxtın Suraxanı rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub.

Toqquşma nəticəsində yük avtomobilində olan 1 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.