Bakıda yük maşını “Ev alqı-satqısı ofisi”nə girdi - Fotolar

bakida-yuk-masini-ev-alqi-satqisi-ofisine-girdi
Oxunma sayı: 2389

Bakıda yük avtomobili ofisə girib. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shachman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.
 
Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.  
 
Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.