Bakıda yük maşını polis şöbəsinə çırpıldı - Foto

Bakıda yük maşını polis şöbəsinə çırpıldı
Oxunma sayı: 4520

Bakıda polis şöbəsinə yük maşını girib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, yük maşını 37 nömrəli polis şöbəsinin qapısını qırıb, divarın bir hissəsini dağıdıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:

“Sürücü dönmə əməliyyatını yerinə yetirən zaman səhvə yol verib və nəticədə yük maşını şöbənin divarına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”. 

Günel Hacı




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi