Bakıda “zapravka”da oyuncaq tapança ilə soyğun - Video

Bakıda “zapravka”da oyuncaq tapança ilə soyğun
Oxunma sayı: 2599

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədlidə “radiozavod”un yaxınlığındakı “LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.  

“Qafqazinfo” “Movqe.az”a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olub.

Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.

Naməlum şəxslər oyuncaq tapançanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi