Bakıda zavodda güclü yanğın - Fotolar +Video

bakida-zavodda-guclu-yangin
Oxunma sayı: 9014

Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın davam edir. Yanğını söndürməyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

***

Zavodun səlahiyyətli şəxsləri "Qafqazinfo"ya bildiriblər ki, yanğın zavod binasından kənarda, tullantılar olan ərazidədir. 

***

Artıq yanğın söndürülüb.