Bakıda zəncirvari qəza - Yaralananlar var + Foto

Bakıda zəncirvari qəza
Oxunma sayı: 1539

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, qəza "Hyundai" markalı avtomobilin əks hərəkət istiqamətinə çıxaraq əvvəlcə "Volkswagen"ə, ardınca isə "Niva"ya çırpılıb.

Nəticədə "Niva"da olan 1986-ci il təvəllüdlü Bağırova Yeganə Oqtay qızı, o cümlədən "Volkswagen" markalı avtomobilin sürücüsü (hələlik şəxsiyyəti məlum deyil) xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi