Bakıda zəncirvari yol qəzası baş verdi

bakida-zencirvari-yol-qezasi-bas-verdi
Oxunma sayı: 641

Trend-in məlumatına görə, "Şamaxinka" deyilən ərazidən Biləcəri istiqamətinə düşərkən "Kamaz" markalı yük maşını səkkiz avtomobili vurub. Hadisə nəticəsində həsarət alan olsa da, ölüm faktı qeydə alınmayıb. Bakı şəhər Dövlət yol polisi idarəsindən Trend-ə verilən məlumata görə ilkin ehtimala görə yol qəzasına səbəb "Kamaz" markalı avtomobilin əylənc sisteminin işləməməsi olub. Nəticədə hərəkət zamanı "Kamaz" avtomobili səkkiz avtomobilə ciddi ziyan vurub.

Məlumata görə, ekspertiza nəticəsində "Kamaz" markalı avtomobilin sürücüsünün günahı sübuta yetirilərsə, o, səkkiz maşına dəyən ziyanı ödəməli olacaq.