Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq

bakidaki-cempionata-ermeni-baci-qardas-da-qatilacaq
Oxunma sayı: 3163

Sabah Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək. 

“Qafqazinfo” xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 

3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq. Maraqlıdır ki, yarışda erməni əsilli idmançılar da iştirak edəcək. Onlar bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlardır. Lakin idmançılar Ermənistanı deyil, qitə birinciliyində Rusiyanı təmsil edəcəklər.