Bakıdakı cinayətlərin sayı açıqlandı

bakidaki-cinayetlerin-sayi-aciqlandi
Oxunma sayı: 649

Trend-in "Polis" qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt polisi ağır və xüsusilə ağır cinayətlərin 81,8 faiz açılmasına nail olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ümumi cinayətlərin 80,6 faizinin açılması təmin edilib. Şəxsiyyət əleyhinə olan cinayətlərin, o cümlədən qəsdən adam öldürmələrin, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılma göstəriciləri xeyli yaxşılaşıb.

2012-ci ilin altı ayında şəxsiyyət əleyhinə olan cinayətlərin 95,9 faiz, qəsdən adam öldürmə 91,4 faiz, adam öldürməyə cəhd 100 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 87,4 faiz, mülkiyyət əleyhinə törədilən cinayətlərin 65 faiz açılması təmin edilib.

Hesabat dövründə bir sıra cinayətlərin sayı azalıb, banditizm və adamları girov götürmə faktları ümumiyyətlə qeydə alınmayıb.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə də xüsusi diqqət mərkəzində olub ki, qeydə alınmış 676 fakt üzrə cinayətkarlar ifşa olunub, narkotik cinayətləri 94,7 faizi açılıb.

DİN-nin Kollegiya qərarları və Bakı Şəhər BPİ rəhbərliyinin göstərişləri ərazi polis orqanlarının rəhbərliyinin nəzarətində olan prioritet məsələlərdən biri olub və bu işin təşkilinə xüsusi tələbkarlıqla yanaşılıb. Bunun nəticəsində ümumi cinayətkarlığın tərkibində ictimai yerlərdə, o cümlədən küçələrdə qeydə alınmış cinayətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı düşüb.

Eləcə də, əvvəllər məhkum olunmuşlar ətrafında sahə inspektorları ilə əməliyyat aparatının birgə tədbirləri də səmərə verib.

Hesabat dövründə qeyri-aşkar şəraitdə baş vermiş ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin 82,6 faiz açılması təmin edilib.