Bakıdakı finalda qalib gələn 8,5 milyon qazanacaq

Bakıdakı finalda qalib gələn 8,5 milyon qazanacaq
Oxunma sayı: 950

Bakıda keçiriləcək Avropa Liqası finalına qalibinə veriləcək mükafatlar məlumdur. “Qafqazinfo” xəbər verir ki, “Çelsi” – “Arsenal” cütündən hansı matçdan qalib ayrılsa, 15 kq ağırlığında olan kuboka sahibi çıxacaq.

 Bu kubok qitədə çəkisinə görə ən ağırıdır. Həlledici görüşdən qalib ayrılacaq komanda üçün ümumilikdə 40 qızıl medal nəzərdə tutulub. 
Qalibin digər mükafatı isə növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrupunda iştirak etməsidir. 

Maddi olaraq da komandalar irəli düşəcəklər. Qalib komanda 8,5 milyon avronun sahibi olacaq. Finalçı olan digər klub isə 4,5 milyon avro qazanacaq. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi