Bakıdakı partlayışda bir nəfər öldü

bakidaki-partlayisda-bir-nefer-oldu
Oxunma sayı: 663

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nəticədə, yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə və 1 ədəd “Mitsubishi” markalı kondisioner qarsalanmış, pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanmış 2 ədəd minik avtomobilinin üstünə düşüb. Həmin mənzildə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almış və xəstəxanaya aparılıb. Yaralılardan biri - 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev xəstəxanada ölmüşdür. İlkin ehtimala görə, partıltıya texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.